• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndidə silahlı insident törədən Karen Avanesyanın məhkəmə tarixi açıqlanıb

Xankəndidə silahlı insident törədən Karen Avanesyanın məhkəmə tarixi açıqlanıb
04.12.2025 14:16

Xankəndidə terrorçuluq və bir sıra ağır cinayətlərdə ittiham olunan Karen Avanesyanın məhkəmə iclasının vaxtı bəlli olub.

İş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İlkin İbişovun icraatındadır. Hazırlıq iclası dekabrın 11-nə təyin edilib.

İttihama əsasən, Avanesyan sentyabrın 14-də evindən çıxaraq şəhər kənarındakı meşəlik əraziyə gedib və əvvəlcədən gizlətdiyi “Kalaşnikov” avtomatını, dörd sandıqça patronu və beş qumbaranı götürüb. Daha sonra bu silah-sursatla Xankəndidə keçirilən tədbirə yaxınlaşmağa cəhd göstərib.

Polis əməkdaşları ona mane olarkən Avanesyan üç qumbara ataraq və avtomatdan atəş açaraq silahlı müqavimət göstərib. Qarşılıq verildikdən sonra o, yaralı halda zərərsizləşdirilərək saxlanılıb.

Karen Avanesyana qarşı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi maddələri ilə ittiham irəli sürülüb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol