• $
  • €
  • ₽
  • ₺
  • £

“Məhsəti”nin erotik təqdimatı qalmaqal yaratdı: Film festivaldan çıxarıldı

“Məhsəti”nin erotik təqdimatı qalmaqal yaratdı: Film festivaldan çıxarıldı
04.12.2025 15:10

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Bədii Şura “Məhsəti” adlı qısametrajlı bədii filmin Bakı Film Festivalında nümayişinə icazə verməyib. Qadağanın səbəbi filmdə klassik ədəbi irsə hörmətsizlik və obrazın təhrif olunması ilə bağlıdır. Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Şuranın rəyinə əsasən, rejissor və ssenari müəllifi Suad Qaranın təqdim etdiyi filmdə Məhsəti Gəncəvi obrazı etik və normativ çərçivələrə uyğun olmayan şəkildə təsvir edilir, şairənin mənəvi kimliyinə zidd səhnələrə yol verilir. Bildirilir ki, filmdə Məhsəti Gəncəvi “gəzəyən, əxlaqsız qadın” kimi təqdim olunur və bu, ədəbi irsimizin kobud şəkildə təhrifidir.

Qurum həmçinin filmdə manipulyativ təqdimatların, kontekstdən kənar mənalandırmanın və mövzuya uyğun olmayan mesajların yer aldığı qənaətindədir. Bu səbəbdən filmin lisenziyalaşdırılması və qeydiyyata alınması məqsədəuyğun sayılmayıb.

Nazirlik xatırladıb ki, Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər daşıyır. Obrazın primitivləşdirilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi geniş ictimaiyyət tərəfindən də narazılıqla qarşılanacağı qeyd olunub.

Filmin müəllifi Suad Qarayeva – sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı – Instagram hesabında paylaşım edərək təsdiqləyib ki, film lisenziya verilmədiyi üçün festival proqramından çıxarılıb. O bildirib ki, filmdə Məhsəti obrazını canlandıran aktrisa klub həyatına gedən, spirtli içki içən, rəqs edən və bir kişi ilə romantik münasibət yaşayan bir qadın kimi təqdim olunur.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol