• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan əmək, məşğulluq sahəsində rəqəmsallaşma və bacarıqların artırılmasına fokuslanır - Anar Əliyev

Azərbaycan əmək, məşğulluq sahəsində rəqəmsallaşma və bacarıqların artırılmasına fokuslanır - Anar Əliyev
05.12.2025 12:24

İqlim dəyişiklikləri, yeni texnologiyalar və süni intellekt əmək bazarında yeni bacarıqların inkişafını, “yaşıl” iş yerlərinin yaradılmasını və sosial dəstək proqramlarının genişləndirilməsini tələb edir. Bunu  əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.

Nazir qeyd edib ki, 2018-ci ildən ölkədə məşğulluq xidmətlərinin yeni modeli tətbiq olunur.

2030-cu ilə kimi Məşğulluq Strategiyası qəbul edilib, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlar qəbul edilib, İşsizlikdən sığorta fondu yaradılıb.

Yaradılmış mexanizmlər çərçivəsində aktiv məşğulluq tədbirləri genişləndirilib, işsizlərin sosial müdafiəsi gücləndirilib, işəgötürənlərlə əlaqələr artırılıb və ölkə üzrə vahid elektron vakansiya bankı qurulub. Özünüməşğulluq, əmək haqlarının birgə maliyyələşdirilməsi, kvota üzrə iş yerləri və digər məqsədli proqramlar aktiv şəkildə icra olunur.

Peşə hazırlığı proqramları təkmilləşdirilib, özəl sektorda fəaliyyət göstərən mərkəzlər də prosesə cəlb olunub. Məktəblilərə və tələbələrə gələcək əmək bazarına hazırlıq və peşəyönümü xidmətləri göstərilir.

Rəqəmsallaşmaya diqqət çəkən nazir bildirib ki, Nazirliyin təqdim etdiyi 149 xidmətin 90%-dən çoxu artıq elektronlaşdırılıb, 50-dən çoxu isə proaktivdir. Cari ildə pensiya təyinatlarının 94%-i avtomatlaşdırılmış sistemlə həyata keçirilib.

Azərbaycan eyni zamanda əlilliyi olan şəxslərin aktiv həyat tərzinə qoşulması, ictimai-sosial proseslərdə bərabər iştirak imkanlarının genişləndirilməsi və yaradıcılıq potensialının reallaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol