• $
  • €
  • ₽
  • ₺
  • £

Külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb

Külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb
06.12.2025 11:19

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf Mərkəzi tərəfindən tətbiq olunan müasir risk analizləri, rəqəmsal hədəfləmə alqoritmləri və real-vaxt nəzarət sistemləri hesabına külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Hədəf Mərkəzinin analitik platforması tərəfindən Türkiyə Respublikasından Azərbaycana “kartof” yükü gətirən nəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, yük məlumatlarında uyğunsuzluqlar aşkar olunub və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu üzrə nəzarətə götürülüb.

Aparılan koordinasiyalı tədbirlər nəticəsində nəqliyyat vasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinə qanunsuz müdaxilə faktı aşkarlanıb.

Mobil qrup tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri zamanı “kartof” yükünün içərisində gizlədilən və qaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhd göstərilən karton qutular saxlanılıb.

Karton qutulara keçirilən baxış zamanı, ümumilikdə 90 adda 22 min ədəd dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, dərman vasitələrinin qanunsuz yolla gömrük sərhədindən keçirilməsi insanların həyat və sağlamlığı üçün böyük təhlükə yarada bilər və bu cür qanunsuz hərəkətlər yolverilməzdir, onların qarşısı ən ciddi şəkildə alınmaqla bu əməlləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb ediləcəklər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol