Bakıda hotelin qarajında 2 avtomobil yanıb

Paytaxtın Nizami rayonunda yanğın hadisəsi baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli hotel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda “BMW” və “Volkswagen” markalı minik avtomobillərinin salon hissələri yanıb.
Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və hotel binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























