Türkiyədə yol qəzası baş verib - 7 nəfər ölüb,11 yaralı var

Türkiyədə Tarsus–Adana–Gaziantep magistral yolunda ağır yol qəzası baş verib.Bu barədə “TRT Haber” xəbər verir.
Hadisəyə səbəb sərnişin avtobusunun yol kənarında dayanan yük avtomobilinə çırpılması olub.
Qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Hazırda həyatını itirənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























