• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliyin süni intellektlə hazırladığı 5 layihə başa çatıb

Nazirliyin süni intellektlə hazırladığı 5 layihə başa çatıb
08.12.2025 15:25

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi süni intellektin (Sİ) aqrar sahəyə inteqrasiyasına dair 30-dan çox istifadəyə hazır ssenarini əhatə edən yol xəritəsinin icrası ilə bağlı yeni rəqəmləri açıqlayıb. Bu barədə nazirlik Milli Məclisin Təbbi ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda təqdim etdiyi hesabatda qeyd edib.

Nazirlik bildirir ki, layihələrin bir hissəsi artıq tamamlanıb, növbəti mərhələyə keçəcək ssenarilərin sayı isə artır.

Nazirliyin məlumatına görə, hazırda 11 Sİ ssenarisinin tətbiqinə başlanılıb və bu istiqamət üzrə 5 layihə tam başa çatdırılıb. 

Bunlara bitki növləri xəritəsi, bitki sağlamlığına nəzarət, torpaq xəritəsi, fermer reytinqi və məhsuldarlıq proqnozu daxildir.

Eyni zamanda 6 layihə inkişaf mərhələsindədir. Bu ssenarilər dərmanlama vaxtının idarə olunması, gübrə və pestisid istifadəsinin optimallaşdırılması, suvarma proseslərinin avtomatlaşdırılması, bitki yetişdirmə risklərinin qiymətləndirilməsi, otlaq zonalarının idarə olunması və xəstəliklərin aşkarlanması kimi funksiyaları əhatə edir.

Nazirlik vurğulayıb ki, yol xəritəsinə daxil edilən təşəbbüslərdən 16-dan çoxunun 2026-cı ildə inkişaf mərhələsinə keçməsi gözlənilir.

 Qurum hesab edir ki, Sİ tətbiqləri kənd təsərrüfatında məhsuldarlığın artırılması, resursların optimallaşdırılması və fermer xidmətlərinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol