Su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Su anbarında qanunsuz balıq ovlayan şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























