• $
  • €
  • ₽
  • ₺
  • £

Süni intellekt enerji sərfini artırır — Firuddin Qurbanov

Süni intellekt enerji sərfini artırır — Firuddin Qurbanov
08.12.2025 16:28

Süni intellektin (Sİ) geniş tətbiqi enerji istehlakının artması və ekoloji təsirlərin güclənməsi ilə bağlı yeni risklər yaradır. Bunu elm və təhsil nazirinin müavini Firuddin Qurbanov parlamentdə  Milli Məclisin Təbbi ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib.

Qurbanov deyib ki, hazırda dünyada 8 milyona yaxın data mərkəzi fəaliyyət göstərir və onların hamısı “çox yüksək enerji sərfi ilə işləyir”, bu isə iqlim dəyişikliklərinə əlavə təzyiq yaradır.

Onun sözlərinə görə, bir kompüterin istehsalı üçün 2 kiloqram məhsula qarşı 800 kiloqram xammal istifadə olunması süni intellekt və rəqəmsal texnologiyaların gizli ekoloji yükünü göstərir.

Nazir müavini qeyd edib ki, Sİ-nin inkişafı üçün kadr hazırlığı həlledici məsələdir. Elm və Təhsil Nazirliyi hazırda 407 məktəbdə STEAM layihəsi həyata keçirir və burada süni intellekt mövzuları kurikulumlara inteqrasiya olunur. Qurbanov bildirib ki, məktəblilər bu mərkəzlərdə Sİ-yə dair innovativ layihələr təqdim edir, universitetlərdə isə geniş elmi tədqiqatlar aparılır.

O vurğulayıb ki, Sİ informasiya axınını sistemləşdirmək üçün böyük potensial yaratsa da, onun ekoloji nəticələrinin idarə olunması prioritet məsələ olaraq qalır.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol