• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb
08.12.2025 21:01

Bakıda keçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı çərçivəsində dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşüb.

ICESCO-nun Baş direktoru yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, süni intellekt indeksinin təqdimatı ilə bağlı beynəlxalq tədbirin Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

Qonaq beynəlxalq konfransda aparılan fikir mübadiləsi, keçirilən görüşlərin süni intellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə olacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizə davamlı dəstəyinə və mədəniyyətimizin təşviqinə istiqamətlənən tədbirlərə görə ICESCO-ya minnətdarlığını çatdırıb.

Azərbaycanla ICESCO arasında mövcud olan uğurlu əməkdaşlığın, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ICESCO ilə səmərəli və sıx əlaqələrinin bu işbirliyinin daha da genişləndirilməsinə xidmət etdiyi vurğulanıb, iki qurum arasında elm, təhsil, mədəniyyət sahələrində gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Heydər Əliyev Fondu ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində həyata keçirilən layihə ilə bağlı saziş imzalanıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol