• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni metodik xidmət modeli qurulur

Azərbaycanda yeni metodik xidmət modeli qurulur
09.12.2025 11:10

Azərbaycanda yeni metodik xidmət modeli qurulur. Bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev deyib.

"Azərbaycanda müasir metodik xidmətin yaradılması ilə bağlı aparılan müzakirələr və islahatlar son vaxtlar həm mediada, həm də müəllim ictimaiyyətində geniş gündəmdədir. Yeni metodik dəstək mexanizminin mahiyyəti və əvvəlki sistemdən fərqləridir. Bu məsələ 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasında xüsusi yer tutur. Strategiyanın əsas hədəflərindən biri ölkədə insan kapitalının inkişafıdır və bu çərçivədə Elm və Təhsil Nazirliyinin qarşısına müasir metodik xidmət sisteminin qurulması vəzifəsi qoyulub. Nazirlik tərəfindən aparılan qiymətləndirmələr göstərib ki, uzun illər fəaliyyət göstərən metodik kabinetlər müasir Azərbaycan məktəbinin ehtiyaclarına cavab vermir. Araşdırmalar zamanı ölkənin bütün rayonlarında metodik kabinetlər ziyarət olunub, metodistlərlə görüşlər keçirilib. Nəticələrə əsasən məlum olub ki, mövcud kabinetlərdə cəmi 3–5 nəfərlik heyət çoxsaylı məktəbləri metodiki baxımdan dəstəkləməyə çalışırdı. Bir çox hallarda kabinet əməkdaşları məktəblərə real metodik yardım göstərməyə hazır deyildi. Model müasir təlim strategiyalarını məktəblərə ötürmək üçün yetərli mexanizmə malik deyildi",- o vurğulayıb

Müşavir bildirib ki, məktəblərdə fəaliyyət göstərən və ictimai əsaslarla çalışan “fənn metodbirləşmə rəhbərləri” də yeni sistemin ehtiyaclarını tam qarşılamırdı. Çox vaxt bu vəzifəyə müəllimlər könüllü şəkildə yox, “bu il sən götür” prinsipi ilə seçilir, fəaliyyət isə kəndarlıqla yerinə yetirilirdi. 

"Şəxsi müşahidələrə əsaslanan nümunələrə görə, metodbirləşmə rəhbərləri dərs yükü yüksək olduğu üçün metodik işə ciddi vaxt ayıra bilmir, bu isə məktəblərin peşəkar dəstək ehtiyacını təmin etmirdi.Hazırda yeni model üzrə işlər davam etdirilir və növbəti mərhələdə onun tətbiq mexanizmləri ictimaiyyətə təqdim olunacaq",- o əlavə edib.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol