• $
  • €
  • ₽
  • ₺
  • £

Metodist üçün müraciət edən 5.000 müəllimdən 347-i seçilib

Metodist üçün müraciət edən 5.000 müəllimdən 347-i seçilib
09.12.2025 11:28

Metodist kimi 5.000-dən çox müəllim müraciət edib,  yalnız 347 nəfər metodist kimi seçilib. Bunu  Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev deyib.

O bildirib ki, yeni metodik dəstək sistemi məktəblərdə müəllimlərin peşəkar inkişafını gücləndirir

"Ölkə üzrə fəaliyyət göstərən metodist heyətinin əsas vəzifələrindən biri məktəbdaxili qarşılıqlı öyrənmə mühitinin təşkili və müəllimlərə birbaşa dəstək göstərməkdir. Metodistlər dərslərə birbaşa daxil olur, tədris prosesini birgə təhlil edir, inkişafetdirici tövsiyələr verir və müəllimlərlə birgə işləyərək real dəstək təmin edilir. Yeni model üzrə metodistlərin seçimi ciddi meyarlarla həyata keçirilir. Sertifikatlaşdırma imtahanından minimum 51 bal toplamış, həmçinin tələb olunan iş təcrübəsinə malik müəllimlər namizəd kimi qəbul edilir. Bu tələblərə cavab verən 5.000-dən çox müəllim müraciət edib, lakin yalnız 347 nəfər metodist kimi seçilib. Seçilmiş metodistlər 108 saatlıq ilkin təlim proqramı keçirlər. Daha sonra onlar Təhsil İnstitutunun Metodik Mərkəzi, baş metodistlər və peşəkar təhsil mütəxəssisləri tərəfindən davamlı olaraq dəstəklənir. 

Nazirlik rəsmisi bildirir ki, metodistlərin fəaliyyəti könüllü xarakter daşımır. Onların gördüyü işlərə görə əlavə əməkhaqqı müəyyən edilib və bu, müəllimlərin aylıq gəlirlərinin artmasına imkan yaradır.

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol