• $
  • €
  • ₽
  • ₺
  • £

Abel Məhərrəmovdan ali məktəb rektorlarına müraciət

Abel Məhərrəmovdan ali məktəb rektorlarına müraciət
19.12.2013 14:08
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Milli Məclisdə təmsil olunan ali məktəb rektorlarına müraciət edib.APA-nın xəbərinə görə, universitet rektoru Abel Məhərrəmov doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransında çıxışı zamanı deyib ki, millət vəkilləri doktoranturada və magistraturada təhsil alan oğlanların hərbi xidmətdən azad olunması ilə bağlı məsələni Milli Məclis qarşısında mütəmadi olaraq qaldırmalıdırlar. Onun sözlərinə görə, oğlanların hərbi xidmətə aparılması nəticəsində bu gün elmə gələnlərin böyük əksəriyyətini qızlar təşkil edir: “Bu gün konfransın proqramına nəzər salanda da gördüm ki, 70 faiz məruzələr yenə qızlar tərəfindən olacaq. Mən etiraz etmirəm, qoy elmi qızlar davam etdirsin. Amma belə olmaz, elmdə oğlanlar da olmalıdır. Bunlara fikir vermək lazımdır”. A.Məhərrəmov qeyd edib ki, əgər XXI əsr elm və təhsil əsri adlandırılırsa, ölkədə elm inkişaf etdirmək lazımdır. Bu məsələdə ən çox məsuliyyətin gənclərin üzərinə düşdüyünü deyən rektor bildirib ki, ilk növbədə yaşlı nəsil tərəfindən estafeti necə verilməsi, digər tərəfdən isə onun gənclər tərəfindən necə qəbul edilərək inkişaf etdirilməsi barədə düşünmək lazımdır: “Bu gün ölkədə elmə münasibət çox yaxşıdır və bundan istifadə etmək lazımdır. Maddi-texniki baza gücləndirilməli, universitetlər ilk növbədə elmi mərkəz, sonra tədris müəssisəsi olmalıdır. Yuxarı kurslarda təhsil alan tələbələr tədris laboratoriyasından çıxan kimi işlərini elmi laboratoriyalarda davam etdirməlidirlər”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol