• $
  • €
  • ₽
  • ₺
  • £

DTX xaricdən yönləndirilən silahlı qruplaşma üzvlərini saxlayıb - Video

DTX xaricdən yönləndirilən silahlı qruplaşma üzvlərini saxlayıb - Video
10.12.2025 14:06

Xarici xüsusi xidmət orqanlarının tapşırıqları ilə ağır cinayətlər törətdiyi iddia olunan üç Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Onlar ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərməkdə və terror xarakterli tapşırıqları yerinə yetirməkdə şübhəli bilinir.

Araşdırmalar nəticəsində xarici strukturlar tərəfindən kəşfiyyat-pozuculuq və terror məqsədləri üçün cəlb edilən və özlərini “kriminal aləm” nümayəndəsi hesab edən şəxslər müəyyən edilib.

1995-ci il təvəllüdlü Amid Məmmədov xarici ölkə ərazisində gizləndiyi yerdə saxlanılaraq Azərbaycana gətirilib və istintaqa cəlb olunub. Eyni iş üzrə 1997-ci il təvəllüdlü Nurlan Səfərov və 1983-cü il təvəllüdlü Edik İsrafilov da həbs edilib.

Onlara Azərbaycan Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci maddələri (ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrdə iştirak) üzrə ittiham irəli sürülüb və məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizlik Xidmətindən bildirib ki, iş üzrə araşdırmalar davam edir və əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol