• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkə üzrə 605 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur - MÜTDA

Ölkə üzrə 605 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur - MÜTDA
10.12.2025 16:26

2025–2026-cı tədris ili öncəsi ölkə üzrə 1 873 təhsil müəssisəsində istilik sistemlərinin hazırlığı başa çatdırılıb, son iki ildə isə 300-dən çox məktəb və bağça qazlaşdırılıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında yayılır. 

2025–2026-cı tədris ilinin istilik mövsümünə hazırlıq çərçivəsində Bakı və regionlarda ümumilikdə 1 873 təhsil müəssisəsində – bunun 1 500-ü ümumi təhsil, 373-ü məktəbəqədər olmaqla – texniki işlər aparılıb.

Qurumun məlumatına görə, son iki ildə ölkə üzrə 300-dən artıq təhsil müəssisəsində qazlaşdırma prosesi həyata keçirilib ki, bu da istilik təminatının genişlənməsinə və dayanıqlılığın artırılmasına xidmət edir.

Alternativ yanacaq təminatı çərçivəsində 536 ümumi, 334 məktəbəqədər təhsil müəssisəsinə ehtiyac yarandığı halda istifadə olunmaq üçün odun, həmçinin 408 ümumi, 197 məktəbəqədər müəssisəyə pellet yanacağı verilib.

Agentlik bildirir ki, istiliklə bağlı mümkün problemlərin araşdırılması və operativ həlli üçün regionların təhsil idarələri yanında fəaliyyət göstərən Çağrı Mərkəzləri vasitəsilə əlaqə saxlamaq mümkündür. Regionlarda formalaşdırılmış işçi qrupları təcili hallara müdaxilə, nasazlıqların aradan qaldırılması və operativ cavab mexanizmləri üzrə təlimatlandırılıb.

Məlumata görə, istilik sistemlərində mövcud və yarana biləcək nasazlıqların aradan qaldırılması üzrə işlər mövsüm boyu davam etdiriləcək.

Bir neçə gün öncə Salyanda 15-dən çox məktəbli məktəbdə istidadə olunan pellet yanağından zəhərlənib. Onlara tibbi yardım göstəriləndən sonra şagirdlər və 2 texniki işçi evə buraxılıb. 

Gülnar 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol