• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib
10.12.2025 17:13

Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib.

Nazirlikdən bildirlib ki, “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.

Tətbiq müəllimlərə tədrisin planlaşdırılması, şagirdlərin davamiyyətinin operativ şəkildə qeydə alınması, akademik nəticələrin izlənilməsi, həmçinin formativ və summativ qiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobil mühitdə idarə etmək imkanı verir.

Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunması xüsusi prioritet kimi nəzərə alınıb.

Hazırda “Müəllim” tətbiqi “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhəri ümumi təhsil müəssisələrində istifadə olunur. Mobil tətbiqdən mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində istifadə edilməsi planlaşdırılır ki, bu da təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəli koordinasiyasına əhəmiyyətli töhfə verəcək.

Tətbiq həm iOS, həm də Android əməliyyat sistemləri üçün hazırlanıb. İstifadəçilər tətbiqi müvafiq platformalarda “Müəllim” adı ilə axtarış edərək yükləyə bilərlər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol