Sabah hava necə olacaq?

Bakı və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Tibbi meteoroloji proqnoza əsasən, dekabrın 20-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























