• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndidə terror planlaşdırmaqda ittiham olunan Avanesyanın məhkəməsi başlayıb

Xankəndidə terror planlaşdırmaqda ittiham olunan Avanesyanın məhkəməsi başlayıb
11.12.2025 16:00

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyan barəsində cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Avanesyan qanuna uyğun olaraq tərcüməçi və vəkillə təmin olunub, ona hüquq və vəzifələri elan edilib.

Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib.

Baş Prokurorluğun məlumatına görə, 14 sentyabr 2025-ci ildə Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatından istifadə etməklə partlayışla nəticələnən terrorçuluq, habelə iki və daha çox polis əməkdaşını qəsdən öldürməyə cəhd faktları üzrə cinayət işi başlanılıb. Araşdırma Avanesyanın bu cinayətlərin törədilməsində əsaslı şübhələr yaratdığını müəyyən edib.

O, CM-nin 29,120.2.3; 29,120.2.4; 29,120.2.7; 29,120.2.11; 214.2.3; 228.1 və 315-ci maddələri ilə təqsirləndirilir. Xankəndi şəhər məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol