• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib

Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
11.12.2025 20:06

Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev iştirak ediblər.

Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altında xəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti ilə maraqlanıb, hədiyyə təqdim edib.

Sonra Sümük iliyi nəqli mərkəzinin açılışı olub.

Yeni mərkəz həm böyüklər, həm də uşaqlar üçün sümük iliyi köçürmələrini həyata keçirəcək. Məlumat verilib ki, mərkəzdə 6 xüsusi izolyasiya olunmuş palata fəaliyyət göstərir. Həmin infrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkan yaradır.

Qeyd olunub ki, hazırda xəstəxananın tərkibində 8 çarpayılıq hematologiya şöbəsi də xəstələrin ixtiyarındadır. Şöbədəki bütün palatalar müasir HEPA filtrasiyalı pozitiv təzyiq sistemi ilə təchiz olunub ki, bu da xəstələrin infeksiyalardan maksimum qorunmasını təmin edir. Kimyaterapiya preparatlarının hazırlanması biotəhlükəsizlik kabinlərində, hüceyrə toplanması isə müstəqil aferes bölməsində aparılır.

Eyni zamanda, Qan bankı eritrosit, trombosit, plazma və digər komponentlərin hazırlanması, o cümlədən qranulosit süspansiyonunun əldə olunması imkanına malikdir. Köçürmə xəstələrinin təhlükəsizliyi üçün "işınlama" və filtrləmə prosedurları mütəmadi olaraq tətbiq edilir.

Sümük iliyi nəqli mərkəzi Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli Qərarı ilə təsdiq edilmiş "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilməsi haqqında Qərara əsasən verilən lisenziya əsasında açılıb.

Sümük iliyi və kök hüceyrə köçürülməsi müxtəlif hematoloji və onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan müasir və effektiv tibbi prosedurdur. Kök hüceyrələr xəstənin özündən (avtoloji) və ya donorundan (alojenik) əldə edilərək, yüksək dozalı kimyaterapiya sonrası orqanizmə köçürülür. Məqsəd xəstə sümük iliyini sağlam hüceyrələrlə əvəz etmək və qan yaradıcılığını bərpa etməkdir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol