Əmək ehtiyatları ilə bağlı xüsusi agentlik yaradıla bilər

Azərbaycanda 200 yeni peşə standartları yaradılıb.Bunun 33-ü tikinti, 41-i emal, 13-ü kənd təsərrüfatı, 33-ü turizm, 13-ü energetika, 17-i nəqliyyat və 6-ı xidmət sahəsinə aid olan peşə standartlarıdır. «APA-Economics»in məlumatına görə, bunu bu gün «Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartlarının rolu» mövzusunda Bakıda keçirilən konfransda çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.Nazir bildirib ki, bu standartlar Dünya Bankı ilə birgə hazırlanıb: «Bu standartlar peşə standartlarının təməlini qoyub. Onlar əmək ehtiyatlarının yaradılması agentliyinin təsis edilməsinə təkan verə bilər. Lakin hesab edirəm ki, bu məsələ ilə bağlı müzakirələr hələlik davam etdirilməlidir».ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























