• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Azərbaycandakı diaspor rəhbərinə qarşı yekun ittiham irəli sürüb

Rusiya Azərbaycandakı diaspor rəhbərinə qarşı yekun ittiham irəli sürüb
12.12.2025 15:58

Yekaterinburqda həbsdə saxlanılan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə qarşı yekun ittiham irəli sürülərək cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Bu barədə APA məlumat verib. 

İstintaq materiallarına görə, Şıxlinskiyə qarşı ifadələri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru A.S. Karapetyan alıb. Hadisə ilə bağlı ifadə verən şəxslərdən biri də Daxili İşlər Nazirliyinin əməkdaşı Karen Tutuncyandır.

Mənbələrin bildirdiyinə görə, istintaqda “birtərəflilik və ziddiyyətli məqamlar” müşahidə olunub.

Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və sifarişli qətlə cəhd ittihamları ilə məsuliyyətə cəlb olunur.

Hadisələr bu ilin iyun-iyul aylarında Yekaterinburqda azərbaycanlılara qarşı aparılan əməliyyatlar fonunda baş verib. Əməliyyat zamanı iki azərbaycanlı qardaş — Ziyəddin və Hüseyn Səfərov — aldıqları xəsarətlərdən ölüb, bir neçə nəfər isə müxtəlif illərə aid cinayət işi çərçivəsində həbs edilib.

Şıxlinski iyulun 2-də saxlanılsa da, həmin gün bir neçə saat dindirmədən sonra sərbəst buraxılmışdı. Daha sonra ona qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiqi ilə bağlı ayrıca cinayət işi açılıb və avqustun 2-də Moskvada yenidən saxlanılaraq Yekaterinburqa etap olunub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol