• $
  • €
  • ₽
  • ₺
  • £

Elçibəyin ailəsi prezidentə müraciət edəcək

Elçibəyin ailəsi prezidentə müraciət edəcək
19.12.2013 11:11
 Milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin ailəsinin ölkə başçısı İlham Əliyevə müraciətinə hələlik cavab verilməyib.Bu barədə “Yeni Müsavat”a Ə. Elçibəyin oğlu Ərturqut Əliyev bildirib. Xatırladaq ki, Ə.Əliyev hələ yay aylarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda olarkən atasına məxsus qiymətli arxiv materiallarının toplanması üçün müvafiq yer ayrılmasını, ev muzeyinin təşkil olunmasını istəmişdi.Lakin H. Abutalıbov buna onun səlahiyyətinin çatmadığını deyərək Elçibəy ailəsinə mənzil verilməsi üçün ölkə prezidentinə müraciət etməyi məsləhət görüb. Hətta Bakı meri “məktubu yazın, verin mənə, özüm çatdıracağam” - deyə, bildirib. Görüşdən bir müddət sonra Ə.Əliyev prezidentə yazılan məktubu özü İcra Hakimiyyətinə aparıb və məktubu H.Abutalıbovun tapşırığı əsasında müvafiq şöbəyə təqdim edib. Avqust ayında edilən müraciətə indiyədək cavab verilməməsinə Ə. Əliyevin yeganə arqumenti var: “Bəlkə məktubumuz prezidentə çatmayıb. Əks təqdirdə, hansısa cavab verilərdi”. Ə. Elçibəyin oğlu məsələ ilə bağlı H. Abutalıbova təkrar müraciət etməyə hazırlaşmasa da, ölkə prezidentinə növbəti dəfə müraciət etməyə hazırlaşır: “Yəqin ki, yaxın günlərdə prezidentə müraciət edəcəyik”.Ə. Əliyevdən Ə. Elçibəyə məxsus arxiv materiallarının toplanılması işində hansı yeniliklərin olduğu barədə də soruşduq. Bildirdi ki, hələlik ciddi irəliləyiş yoxdur: “Kimdən soruşuruqsa, deyirlər bizdə heç bir material yoxdur. Hələ ki, axtarışdayıq”.Qeyd edək ki, Ə.Əliyev Əbülfəz bəyin şəxsi əlyazmaları, videokasetləri, çıxışları, görüşləri, şəkilləri, Ankarada xəstə olduğu müddətdə yığılıb qalan əşyaları, BAB-dan qalan materiallarının olduğunu, ancaq onların məhv olma ehtimalının artdığını demişdi: “Bizim evdə bəzi yerdə nəmlik var, həmin materiallar da nəm çəkir. Hələ bunlar bizim evdə olanlardır. Xeyli materiallar dağınıq haldadır ki, kimdə olduğunu bilmirik. İstəyirdik ki, quru bir yer verilsin, o materiallar nəm çəkməsin, amma bir şey çıxmadı” - deyə, Ə.Əliyev bildirib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol