Bakı metrosunda problem

Bu gün Bakı metropoliteninin "Koroğlu" stansiyasında sərnişinlər qatarı 10 dəqiqə, "Nizami"də - 15 dəqiqə, "Neftçilər"də 9 dəqiqə gözləməli olublar. "Nərimanov" stansiyasında isə yüzlərlə sərnişin platformada qatar gözləyərkən, "boş qatar" buraxmalı olub.Bakı Metropolitenindən baş vermiş problemin dəqiq səbəbini öyrənmək mümkün olmasa da, qatarlardan birində nasazlıq yarandığı əsas göstərildi. Milli.Az-a bildirildi ki, nasaz qatar depoya göndərilənədək hərəkət qrafikində ləngimələr yaranıb. Hərəkət xidmətinin rəisi və baş mühəndisi də yaranmış problemin aradan qaldırılması ilə məşğul olduqlarından ətraflı məlumat əldə etmək mümkün olmadı.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























