• $
  • €
  • ₽
  • ₺
  • £

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
14.12.2025 19:11

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan soyuq və şaxtalı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Nazirliyin məlumatında bildirilib ki, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti əhali üçün təhlükə yarada bilər.

FHN dağlıq ərazilərdə yaşayan və səfər edən şəxslərə yaşayış məntəqəsini mümkün qədər tərk etməməyi tövsiyə edib. Hərəkət zərurəti yaranarsa, yaxınlara əvvəlcədən məlumat verilməli və avtomobillərin texniki vəziyyəti, yanacaq ehtiyatı yoxlanılmalıdır. Nazirlik qar uçqunu riski olan yerlərdən və dik yamaclardan uzaqlaşmağı, qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edir.

Soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadəni artırdığından, FHN yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi xatırladıb. Qeyri-standart və ya nasaz qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddən artıq yüklənməməli və cihazlar nəzarətsiz qoyulmamalıdır.

Nazirlik bildirib ki, təhlükəsizlik qaydalarına əməl olunmaması insan həyatına təhlükə yarada bilər.

Təhlükə zamanı 112-yə zəng edin!

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol