• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bayram və istirahət günlərində işə görə ödəniş artırılır -Deputat

Azərbaycanda bayram və istirahət günlərində işə görə ödəniş artırılır -Deputat
15.12.2025 09:00

Azərbaycanda istirahət günləri, səsvermə günləri, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günlərində görülən işə görə əməkhaqqının hesablanma qaydası dəyişdirilir. Bu barədə deputat Vüqar Bayramov öz sosial hesabında yazıb. 

 Bayramovun bildirdiyinə görə, “Əmək Məcəlləsi”nə təklif edilən dəyişikliklər əməkhaqqı ödənişi zamanı gündəlik tariflə yanaşı saatlıq tarif maaşının da nəzərə alınmasını nəzərdə tutur.

Dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində birinci oxunuşda dəstəklənərək plenar iclasa tövsiyə edilib.

Təkliflərə əsasən, həmin günlərdə:

Vaxtamuzd ödəniş sistemində əməkhaqqı gündəlik və saatlıq tarifin iki mislindən az olmayacaq. İşəmuzd sistemində əmək ikiqat işəmuzd qiymətləri ilə ödəniləcək. Aylıq maaş alan işçilərə iş aylıq norma daxilində görüldükdə maaşa əlavə olaraq gündəlik və saatlıq vəzifə maaşından az olmayan, norma aşılarsa ikiqat gündəlik və saatlıq vəzifə maaşından az olmayan məbləğ ödəniləcək.

Bayramov bildirib ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması baxımından vacibdir, çünki bu günlərdə iş çox vaxt tam iş günü deyil, müəyyən saatlarla məhdudlaşır. Yeni yanaşma hər işlənən saat üçün əlavə ödənişi praktikada təmin edəcək.

Onun sözlərinə görə, saatlıq tarifi 25 manat olan işçi istirahət və ya bayram günündə 3 saat işləyərsə, əvvəlki yanaşmada 75 manat hesablandığı halda, yeni qaydalara əsasən ən azı 150 manat əməkhaqqı alacaq.

Deputat əlavə edib ki, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğu bir dövrdə bu dəyişikliklər əməkhaqqı ödənişlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına da imkan verəcək.

Gülnar 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol