• $
  • €
  • ₽
  • ₺
  • £

İslam Rzayev külli miqdarda mənimsəmə və rüşvət ittihamları ilə həbs edilib - Video

İslam Rzayev külli miqdarda mənimsəmə və rüşvət ittihamları ilə həbs edilib - Video
15.12.2025 11:47

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Vahid oğlu Rzayev vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək dövlət əmlakını mənimsəyib və çoxsaylı korrupsiya cinayətlərinə yol verib.

DTX-nin məlumatına görə, Rzayev dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq işlərinə ayrılmış vəsaitləri mənimsəyib, onların təyinatı üzrə xərclənməsini təmin etməyib. Həmçinin, vəzifəli şəxslərdən və iş adamlarından rüşvət aldığı müəyyən olunub.

Faktla bağlı DTX-nin İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə Rzayev saxlanılıb və ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (külli miqdarda mənimsəmə) və 311.3.2-ci maddəsi (təkrar rüşvət alma) üzrə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə sabiq icra başçısının barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol