• $
  • €
  • ₽
  • ₺
  • £

“MEDİA Savadlılığı” Həftəsi çərçivəsində “Kreativ Media - Bakı”,adlı məzmun müsabiqəsi elan edilir

“MEDİA Savadlılığı” Həftəsi çərçivəsində “Kreativ Media - Bakı”,adlı məzmun müsabiqəsi elan edilir
15.12.2025 12:11

Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində növbəti dəfə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir.

Müsabiqə jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, eləcə də media sahəsinə maraq göstərən digər ixtisasdan olan tələbələri əhatə edir.

Müsabiqənin keçirilməsinin əsas məqsədi media savadlılığı və dezinformasiya ilə mübarizədə yeni məzmun ideyalarının yaradılması, gənclər üçün peşəkarlaşma, eyni zamanda, ixtisaslaşmanın təşviq edilməsidir.

Müvafiq müsabiqəyə “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: ⁠dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələrlə müraciət etmək mümkündür.

Müsabiqə üçün dil, həcm və janr məhdudiyyəti nəzərdə tutulmur.

Qiymətləndirmə materialın yaradıcı, orijinal və maarifləndirici əhəmiyyətli olması, jurnalistikanın prinsiplərinə uyğunluğu, eləcə də plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi nəzərə alınmaqla aparılacaq.

Dekabrın 20-si saat 12:00-dək göstərilən linkdəki elektron qeydiyyat formasını dolduraraq müraciət edə bilərsiniz.

Qaliblərə hədiyyə və sertifikatların təqdim edilməsi, həmçinin onların məqalələrinin peşəkar onlayn media subyektlərində paylaşılması nəzərdə tutulur.

Qeydiyyat linki: //shorturl.at/50FOD

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol