• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Azərbaycana 1 milyondan çox smartfon idxal edilib

Bu il Azərbaycana 1 milyondan çox smartfon idxal edilib
15.12.2025 17:09

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 344 milyon 206.6 min ABŞ dolları dəyərində 1 milyon 81 min 332 ədəd smartfon idxal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 7.3% və ya 84.9 min ədəd azalıb, dəyər baxımından isə 5.5% və ya 17.9 milyon ABŞ dolları artıb. Belə ki, 2024-cü ilin ilk 10 ayı ərzində ölkəyə 326 milyon 243.6 min dollar dəyərində 1 milyon 166 min 285 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 541 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 475.5 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 863 min 707 ədəd), Vyetnamdan (205 min 315 ədəd), Hindistandan (11 min 439 ədəd), İndoneziya ( 606 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 517 manata, Vyetnamdan 619 manata, Hindistandan 989 manata, İndoneziyadan 472 manata Koreyadan isə 204 manata idxal edilib.

Hesabat dövründə Azərbaycandan 256.2 min ABŞ dolları dəyərində 1428 ədəd smartfon ixrac edilib. Gürcüstana (803 ədəd) və Çexiya ( 625 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 305 manat təşkil edib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol