• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev

Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
15.12.2025 21:51

Dövlət büdcəsində bir uşaq təxminən 4 500 manata başa gəlir. Bütün uşaqların sayını 4 500 manata vurduqda 1-5 yaş arası bu 2 milyarddan daha çox vəsait edir. Məntiqi olan insan üçün aydındır ki, bu, real rəqəm deyil, yəni məktəbəqədər təhsilin dövlət tərəfindən maliyyələşməsi.Bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi artıq məktəbəqədər hazırlıq probleminin 85 faizdən çox hissəsini həll edib:

"Təbii ki, uşaq iki-üç il məktəbəqədər hazırlığa gedərsə, daha yaxşı olar. Bir yaşından beş yaşına qədər hər bir uşağın məktəbəqədər təhsillə əhatə olunması qarşıya qoyulmuş məqsədin mükəmməl həll yoludur".

Nazir ideal əhatə dairəsinin reallaşması üçün lazım olan maliyyə tərəfini açıqlayıb. O, hazırkı modeldə dövlətin böyük bir paya malik olduğunu və yüz mindən artıq uşağın dövlət sektorunda məktəbəqədər təhsilə cəlb olunduğunu bildirib.

Emin Əmrullayev əlavə edib ki, dünyanın aparıcı ölkələrində də məktəbəqədər təhsilə cəlb olunan bütün uşaqların yalnız dövlət tərəfindən maliyyələşməsi modellərinə demək olar ki, rast gəlinmir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol