• $
  • €
  • ₽
  • ₺
  • £

Abbas Abbasov axtarışa verilib

Abbas Abbasov axtarışa verilib
16.12.2025 09:35

Azərbaycanın sabiq baş nazirinin birinci müavini Abbas Abbasov barəsində axtarış elan olunub. Qərar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə aparılan cinayət işi çərçivəsində qəbul edilib.

İstintaq materiallarına əsasən, Abbas Abbasov cinayət işi üzrə istintaqa cəlb edilib, lakin ölkə hüdudlarından kənarda olması və istintaqdan yayındığı üçün barəsində axtarış qərarı çıxarılıb.

Abbas Abbasov 1992–2006-cı illərdə Azərbaycan Baş nazirinin birinci müavini vəzifəsində çalışıb, bu dövrdə bir neçə dövlət komissiyasına rəhbərlik edib. 2006-cı ildən sonra Rusiyada yaşamağa başlayıb.

DTX-nin topladığı materiallarda Abbas Abbasovun son illər ərzində Rusiyada Azərbaycan diaspor strukturlarına təsir göstərməyə çalışdığı, 2012-ci ildə yaradılan və “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olduğu qeyd olunur.

İstintaq sənədlərində həmçinin bildirilir ki, 2013-cü ilin əvvəlində Azərbaycanda formalaşdırılmış “Milli Şura”nın rəhbəri Rüstəm İbrahimbəyov sözügedən təşkilatın Koordinasiya Şurasının üzvü olub və bu proseslər Abbas Abbasovun bilavasitə nəzarəti altında həyata keçirilib.

Məlumata əsasən, istintaq çərçivəsində ölkə xaricindən Azərbaycana köçürüldüyü iddia edilən maliyyə vəsaitləri, audio-video yazılar, xaricdə keçirilmiş görüşlər və konstitusion dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə dair planlarla bağlı materiallar toplanaraq cinayət işinə əlavə edilib.

DTX bildirir ki, bu materiallar iş üzrə açıq məhkəmə baxışı zamanı ictimaiyyətə təqdim olunacaq.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol