• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuzda erkən nikah cəhdi polis tərəfindən dayandırılıb

Tovuzda erkən nikah cəhdi polis tərəfindən dayandırılıb
16.12.2025 09:46

Tovuz rayonunda 14 yaşlı qızın toy mərasiminin keçirilməsinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Polisə 2011-ci il təvəllüdlü, yəni nikah yaşına çatmayan qız üçün toy mərasimi hazırlandığı barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında polis əməkdaşları dərhal müdaxilə edərək mərasimi dayandırıblar.

Araşdırma çərçivəsində tərəflərin valideynləri polis orqanına dəvət edilib, onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub. Nəticədə valideynlər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Azərbaycan qanunvericiliyinə görə nikah üçün minimum yaş həddi 18-dir və bu tələbin pozulması inzibati və cinayət məsuliyyəti yarada bilər. Hüquq-mühafizə orqanları erkən nikah halları ilə bağlı nəzarət tədbirlərinin davam etdiriləcəyini bildirir.

Gülnar 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol