• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
16.12.2025 20:05

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub.

Bu münasibətlə dekabrın 16-da dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.

“Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakının "Dünyanın İdman Paytaxtı" seçilməsinin sevindirici məqam olduğunu bildirib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkənin bütün bölgələrində idman növlərinin inkişaf etdiyini deyib.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın çoxlu beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladıb. Onun sözlərinə görə, Bakını növbəti il daha maraqlı yarışlar gözləyir.

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) prezidenti Can Fransisko Lupattelli isə Bakının idmanın inkişafına daim yol açdığını vurğulayıb. O qeyd edib ki, bu şəhər hər zaman keyfiyyətli idman obyektləri ilə seçilib.

“İdman Paytaxtı” layihəsi ACES Brüsseldə yerləşən qeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdən şəhərlərə “İdman Paytaxtı” və digər idman sahəsi üzrə mükafatlar təqdim edir. Bu titul və mükafatlar etik prinsiplər əsasında verilir və cəmiyyətin sosial inteqrasiyası, psixofiziki rifahı və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES, həmçinin Avropa Komissiyasının Avropa İdman Həftəsinin və UNESCO-nun tərəfdaşıdır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol