• $
  • €
  • ₽
  • ₺
  • £

"MTV" kanalında boşanma inkişaf kimi göstərildiyi üçün kanala xəbərdarlıq edilib

"MTV" kanalında boşanma inkişaf kimi göstərildiyi üçün kanala xəbərdarlıq edilib
17.12.2025 15:26

Azərbaycan Respublikası Audiovizual Şurası “MTV” kanalının efirində yayımlanan “Xoş sabah” proqramında ailə və boşanma ilə bağlı səsləndirilən fikirləri qanunvericiliyin məqsəd və ruhuna zidd qiymətləndirərək kanala ciddi xəbərdarlıq edib.

Şuranın onlayn iclasında bildirilib ki, 28 noyabr 2025-ci il tarixində yayımlanan proqramda boşanmanın “inkişaf” kimi təqdim edilməsi, digər tərəfdən isə bunun “əxlaqsızlıq” adlandırılması, həmçinin aparıcının bu fikirlərə redaksiya müdaxiləsi etməməsi qanun pozuntusu kimi qeydə alınıb.

Audiovizual Şura vurğulayıb ki, boşanma hüquqi baxımdan mümkün olsa da, ailə Konstitusiyaya əsasən cəmiyyətin əsas özəyidir və dövlətin himayəsindədir. Şuranın qiymətləndirməsinə görə, yayımdakı mesajlar Ailə Məcəlləsi, eləcə də “Media haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunların müddəalarına ziddir.

Qurum yayımçıları redaksiya nəzarətini gücləndirməyə, ictimai dəyərlərə hörmət etməyə və xüsusilə ailə, nikah və uşaq mövzularında daha diqqətli olmağa çağırıb.

Aytac 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol