• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur

“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur
17.12.2025 16:29

Regionlara diqqəti ilə seçilən sərfəli mobil operator “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün növbəti karyera təlimini təşkil edib. 

Universitetin rektoru, dosent Yaşar Ömərovun dəvəti ilə “Nar” rəhbərliyi Gəncə şəhərinə səfər edərək universitetin rəhbər heyətilə görüşdü. Görüş zamanı peşəkar kadr hazırlığı istiqamətində atılacaq növbəti addımlar müzakirə edildi. Daha sonra “Nar” baş icraçı direktoru Özgür Genc karyera təlimində iştirak edən tələbələrlə görüşərək öz təcrübəsini və tövsiyələrini bölüşüb. 

Texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onları iş bazarına hazırlamaq məqsədi ilə təşkil olunan bu təlim “Nar”ın peşəkar heyəti tərəfindən hazırlanır və tədris olunur. İnteraktiv keçirilən təlim rabitə bazarında uğurlu karyera başlanğıcı etmək, əsas karyera hədəflərinin seçilməsi, iş müsahibələrinə hazırlıq və günümüzdə önəmli olan sosial media platformalarından səmərəli istifadə mövzularını əhatə edirdi.

Təlimlər “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə və  Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Nar”ın məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələri əsl peşəkar kimi yetişdirərək Azərbaycanın telekommunikasiya bazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verməkdir. Qeyd edək ki, 2025-ci ildə “Nar”ın Füzuli və Salyan rayonlarında yeni mağaza açılışı tədbirləri zamanı da, paralel olaraq, bu rayonlarda yerləşən təhsil ocaqlarında maarifləndirici layihələr həyata keçirilmişdi.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz. 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol