• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan beynəlxalq ikili diplom proqramları üçün seçim qaydalarını təsdiqləyib

Azərbaycan beynəlxalq ikili diplom proqramları üçün seçim qaydalarını təsdiqləyib
18.12.2025 15:46

Azərbaycan hökuməti beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisasların və təhsil səviyyələrinin seçimini tənzimləyən yeni qaydaları təsdiqləyib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qayda ikili diplom proqramları çərçivəsində tərəfdaş xarici universitetlərin və təhsil proqramlarının seçilməsi üçün meyar və prosedurları müəyyən edir.

Sənədə əsasən, xarici tərəfdaş ali təhsil müəssisəsi “Times Higher Education”, “QS World University Rankings” və “Shanghai Ranking” kimi beynəlxalq reytinq sistemlərindən ən azı ikisində yer almalıdır. Həmin ali məktəbin verdiyi bakalavr, magistr və doktorluq dərəcələri fəaliyyət göstərdiyi ölkənin müvafiq dövlət və akkreditasiya qurumları tərəfindən tanınmalıdır. Eyni zamanda, tərəfdaş universitet proqramın icrası üçün əlavə infrastrukturun maliyyələşdirilməsi ilə bağlı tələblər irəli sürməməlidir.

İxtisasların və təhsil səviyyələrinin seçimi isə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğunluq, yerli ali təhsil müəssisələrinin maddi-texniki bazasının yetərli olması və kadr hazırlığının bakalavriat, magistratura, doktorantura, eləcə də baza ali tibb təhsili səviyyələrində aparılması meyarları əsasında həyata keçiriləcək.

Qaydalara görə, beynəlxalq ikili diplom proqramları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış müqavilə əsasında icra olunacaq. Müqavilədə proqramın idarə olunması üçün rəhbər komitənin yaradılması, tədrisin təşkili, proqramın ən azı 70 faizinin yerli ali təhsil müəssisəsində keçirilməsi, xarici müəllim heyətinin cəlb edilməsi, tələbə seçimi və qiymətləndirmə mexanizmləri kimi əsas şərtlər əksini tapmalıdır.

Tələbələrin seçimi bakalavriat, magistratura və baza ali tibb təhsili səviyyələri üzrə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının nəticələrinə, doktorantura səviyyəsi üzrə isə mövcud qaydalara uyğun aparılacaq. Maddi-texniki imkanlar olduqda, yüksək göstəricilərə malik tələbələr ödənişli əsaslarla da proqrama cəlb oluna biləcəklər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin proqrama qəbulu isə mövcud qanunvericiliyin tələblərinə uyğun və yalnız ödənişli əsaslarla həyata keçiriləcək. Proqram üzrə qəbul şərtləri yerli ali təhsil müəssisələrinin rəsmi internet səhifələrində dərc ediləcək.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol