• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır

Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır
18.12.2025 19:30

2026-cı il yanvarın 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.Bu barədə Qoruqları İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 2026-cı il yanvarın 1-dən başlayaraq xarici ölkə vətəndaşlarına “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Kiş” Tarix-Memarlıq (Alban məbədi) qoruqlarına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Şəki xan sarayına, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansındakı “Diri Baba” türbəsinə giriş qiyməti 15 manat təşkil edəcək.

Xarici ölkə vətəndaşları üçün güzəşt kateqoriyasına aid kombinə olunmuş biletlər də mövcuddur. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 25 manat təşkil edir. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqlarını və Palçıq Vulkanları Turizm Kompleksini ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 35 manatdır. Kombinə olunmuş biletlər yalnız bir nəfər üçün nəzərdə tutulub və ilk istifadədən sonra 72 saat müddətində yararlıdır.

Azərbaycan vətəndaşları üçün qoruq və muzeylərə giriş qiymətində hər hansı dəyişiklik yoxdur.

Azərbaycan vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir. Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına da giriş ödənişsizdir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol