• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda uşaq bağçalarında bakteriya TƏHLÜKƏSİ

Bakıda uşaq bağçalarında bakteriya TƏHLÜKƏSİ
18.12.2013 16:35
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bir neçə məktəbəqədər təhsil müəssisəsinin ərzaq təminatını həyata keçirən «Bərəkət-77» MMC-də nöqsanlar aşkar edilib.Komitədən «APA-Economics»ə verilən məlumata görə, şirkətə məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi,23/24 və Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi,12 ünvanında yerləşən bazalarında dövlət nəzarəti tədbirləri həyata keçirilib. Araşdırmalar zamanı müəssisədə standartların tələblərinin kobud şəkildə pozulması aşkar edilib. Belə ki, anbarlarda məhsulların saxlanması zamanı texniki normalara riayət olunmur, saxlanma rejimləri müxtəlif olan məhsullar eyni sahədə və eyni şəraitdə saxlanılır, o cümlədən məhsulların uyğunluq sertifikatları və digər normativ sənədləri mövcud deyil. Bağçalara göndərilən pendirin Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında aparılmış sınaqları nəticəsində məhsulda bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar olunub. Bu və digər nöqsanlarla bağlı müvafiq akt tərtib olunmuş və 20 adda məhsulun satışı və istehsalı qadağan edilib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol