• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır

Avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır
20.12.2025 11:34

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Bu barədə AYNA-dan  bildirilib.

Agentliyin məlumatına görə, pilot layihə çərçivəsində NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəniş imkanı ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq olunub. Pilot mərhələ 1–3 gün ərzində sınaqdan keçiriləcək və nəticələrə əsasən sistemin tətbiqi genişləndiriləcək.

Məqsəd Bakıdakı bütün marşrut avtobuslarında nağdsız ödəniş mexanizmini tam şəkildə tətbiq etməkdir. Bu dəyişiklik sərnişinlərin nağd pul və fiziki BakıKart daşınmasına ehtiyacını aradan qaldıraraq telefon, ağıllı saat və ya digər NFC funksiyalı cihazlarla ödənişi mümkün edəcək.

Ödəniş zamanı cihazı validatora yaxınlaşdırmaq kifayət edir və əməliyyat dərhal tamamlanır. Sərnişinlər avtobuslarda yalnız NFC dəstəkli kartlar, smartfonlar və BakıKart vasitəsilə ödəniş edə bilərlər.

Bildirilib ki, MasterCard və Visa kartları ilə nağdsız ödəniş sistemi artıq ölkənin bir sıra şəhərlərində tətbiq olunur və Bakı metrosunda da bu il 1 noyabrdan sərnişinlər NFC dəstəkləyən yerli bank kartları ilə gediş haqlarını ödəyə bilirlər.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol