• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən Sumqayıtdakı insidentlə bağlı növbəti açıqlama

DİN-dən Sumqayıtdakı insidentlə bağlı növbəti açıqlama
18.12.2013 13:16
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda radikal dini qruplaşmalar arasında baş verən insidentlə bağlı növbəti açıqlamasını yayıb.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişə ilə əlaqədar şübhəli şəxs qismində saxlanılan Alim Tağıyevin evindən 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, qanunla qadağan olunmuş 46 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, 45 disk, dini sənədlər və 1 ədəd noutbuk, Firudin Musayevin evindən isə qanunla qadağan olunmuş 64 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 3 ədəd dini əl yazmalar olan qovluq, “Volkswagen Qolf” markalı avtomobilindən 1 ədəd “Milspes” markalı tapança, 1 qumbara, 1 süngü-bıçaq, 1 bıçaq və 1 ədəd dini kitabça götürülüb. Faktla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Baş vermiş hadisə ilə bağlı 13 nəfər həbs edilib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol