• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib

Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib
23.12.2025 17:11

Prezident İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.

Müəssisə 1 hektarlıq sahədə Çin texnologiyası əsasında qurulub və illik istehsal gücü 7,200 ton metal dirəkdir. Məhsullar daxili bazara çatdırılacaq və ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan zavodda 32 daimi iş yeri yaradılıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu 1,2 milyon manat zəmanətli kredit təmin edib. Zavod həmçinin vergi və gömrük güzəştlərindən istifadə edib.

Ağdam Sənaye Parkı 190 hektarda yaradılıb və işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişi, sənaye potensialının inkişafı və məşğulluğun artırılması məqsədi daşıyır. Parkda 32 rezident və 5 qeyri-rezident sahibkarlıq subyekti fəaliyyət göstərir, 970-ə yaxın daimi iş yeri yaradılıb. Rezidentlərin məhsul satışının həcmi 945 milyon manat, ixracı isə 39,5 milyon manat təşkil edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol