Abşeronda avtobusda yanğın baş verib, xəsarət alan yoxdur

Abşeron rayonu, Saray qəsəbəsi yaxınlığında Bakı-Sumqayıt yolunda iritutumlu avtobusda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Polis əməkdaşları da hadisə yerində olub. Xəsarət alan yoxdur. Avtobus Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsusdur.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























