• $
  • €
  • ₽
  • ₺
  • £

244 nömrəli məktəbdə direktor vəzifəsinin icrası müvəqqətidir- BŞTİ

244 nömrəli məktəbdə direktor vəzifəsinin icrası müvəqqətidir- BŞTİ
24.12.2025 16:36

Bakıda yerləşən 244 nömrəli tam orta məktəb və 135 nömrəli tam orta məktəbin direktoru eyni şəxsdir. bu barədə Unikal ilk məlumat yayıb.

İddialara əsasən, hər iki təhsil müəssisəsinə Şəfa Qurbanova direktor vəzifəsinə təyin olunub. Bildirilir ki, təyinatlar müvafiq qərar əsasında həyata keçirilib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 244 və 135 nömrəli tam orta məktəblərin eyni direktor tərəfindən idarə olunması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bildirilib ki,  135 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfa Qurbanovaya 5 dekabr 2025-ci il tarixindən etibarən 3 ay müddətinə Bakı şəhəri 244 nömrəli tam orta ümumtəhsil məktəbinin vakant direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib.

Qurumdan qeyd olunub ki, sözügedən təyinat daimi xarakter daşımır və yalnız vakant vəzifə üzrə idarəetmənin fasiləsizliyinin təmin olunması məqsədi daşıyır.

Aytac Zeynalova

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol