• $
  • €
  • ₽
  • ₺
  • £

Əlillərə səyyar formada xidmət göstəriləcək

Əlillərə səyyar formada xidmət göstəriləcək
18.12.2013 10:35
Bölgələrdə yaşayan əlillərə səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ANN.Az-a verilən məlumata görə, Nazirlik tərəfindən respublikanın regionlarında yaşayan əlil vətəndaşlara yaşadıqları bölgələrdə protez-ortopedik bərpa xidməti göstərilməsi üçün 2 səyyar tibbi-texniki briqada yaradılıb.Nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət briqadalar ilkin mərhələdə Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan, dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopediya məmulatlarına ehtiyacı olan ümumilikdə 100 nəfərdən çox əlil vətəndaşa və sağlamlıq imkanları məhdud uşağa səyyar formada xidmət göstərəcək.Bu məqsədlə briqadalardan biri dekabrın 20-də Saatlı rayon mərkəzi xəstəxanasında, digəri isə dekabrın 21-də Beyləqan rayon mərkəzi xəstəxanasında olacaq. Növbəti mərhələlərdə ölkənin digər regionlarında əlil şəxslərə səyyar xidmət davam etdiriləcək.Tədbir bölgələrin əlil sakinlərinin protez-ortopediya məmulatları ilə təmin olunmaq üçün zəhmət və xərc sərf edərək, uzaq yol qət etməklə paytaxt Bakıya gəlmək çətinliklərinin aradan qaldırılmasına imkan verir. Həmçinin bu tədbir əlilləlrin ehtiyac duyduqları məmulatlarla təminatı işinin yerində və operativ şəkildə həyata keçirilməsinə xidmət edir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol