• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan sərhəd siyasətində təhlükəsizliyi iqtisadi maraqlardan üstün tutur - Deputat

Azərbaycan sərhəd siyasətində təhlükəsizliyi iqtisadi maraqlardan üstün tutur - Deputat
26.12.2025 11:14

Azərbaycan sərhəd siyasətində təhlükəsizlik və suverenliyi iqtisadi və ticari maraqlardan üstün tutur. Bunu deputat Zahid Oruc bildirib.

Oruc qeyd edib ki, 2020-ci ildən pandemiya ilə bağlı tətbiq olunan sərhəd məhdudiyyətləri regional ticarət və tranzitə təsir göstərsə də, dövlətin təhlükəsizlik çağırışlarına cavab idi. O bildirib ki, yalnız hava nəqliyyatı ilə hərəkət icazəsi transsərhəd humanitar və gündəlik iqtisadi əlaqələri məhdudlaşdırır və tələbələr, ailələr bundan ən çox zərər çəkir.

Sərhəd məhdudiyyətlərinin məqsədinin post-müharibə təhlükəsizlik risklərini minimuma endirmək və kənar müdaxilələrin qarşısını almaq olduğunu vurğulayan Oruc deyib: “Azərbaycan regionda sərhədlərin açılmasına, əməkdaşlığa və sülhə xidmət edən təşəbbüskar dövlətdir. Lakin yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışları, regional müharibələr və beynəlxalq gərginliyi nəzərə alır.”

Oruc Rusiya–Ukrayna müharibəsi, qeyri-qanuni silah dövriyyəsi, terror qruplarının yayılması və qaçqın axınlarının region üçün real təhlükə yaratdığını bildirib. İranla gərginliyin artması, İsrail və qonşu ölkələrlə münaqişələr də sərhədyanı təhlükəsizlik tədbirlərini zəruri edir.

Deputat  sərhəd siyasətinin iqtisadi və popülist deyil, strateji və milli maraqlara əsaslandığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi gücü və xarici ticarət dövriyyəsi sərhədin dərhal açılmasına möhtac deyil. Gürcüstan və Ermənistanın açıq sərhəd siyasətini nümunə göstərmək mümkün olsa da, onların təhlükəsizlik reallığı Azərbaycanla eyni deyil.

Oruc əlavə edib ki, sərhəd məhdudiyyətlərinin mərhələli yumşaldılması mümkündür: humanitar və ailə əsaslı keçidlər, tələbələr və sağlamlıq vəziyyəti üçün xüsusi icazələr, kiçik ticarət və xidmət fəaliyyəti üçün məhdud coğrafi açılışlar nəzərdə tutulur.

“Torpaqlarımız kimi, sərhədlərimiz də hüdudsuz olacaq. Risklər azaltdıqca sərhəd rejimi mərhələli şəkildə yumşalacaq, lakin proses milli maraqlara uyğun, təzyiqsiz aparılmalıdır”, – Oruc bildirib.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol