• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxin qudası: "Məni şantaj edirlər"

Şeyxin qudası: "Məni şantaj edirlər"
18.12.2013 09:18

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, deputat  Hacı Qalib Salahzadə “POSAT” bağ-tikinti kooperativinin 28 nəfər üzvünün torpaq şikayətinə aydınlıq gətirib. Deputat açıqlamasında həmin şəxslərin torpaq iddialarının əsassız olduğunu deyərək, bu məsələ ilə bağlı şantaj olunduğunu bəyan edib. Q.Salahzadə kooperativ işçilərinin iddia etdikləri torpaq sahələrinin dünyasını dəyişən nənəsinə aid olduğunu deyib. “Həmin ”POSAT" bağ-tikinti kooperativi 4 hektar yerini paylayıb və bu söhbətin üstündən 25 il keçib. İndi yenidən belə bir məsələ qaldırıblar. Bu barədə məhkəmənin də qərarı var. Mənim bu söhbətlərdən xəbərim olmayıb. 10 gündür ki, belə bir söhbətin olmasından xəbər tutmuşam. Həmin yer 30 ildən çoxdur ki, nənəm rəhmətliyin yeridir. Orada ailə yaşayır. Həmin torpağı Zəfəran sovxozu o vaxt verib nənəmə. Özü də ki, şikayət edənlər, 28 yox, 26 nəfərdirlər. Kooperativin əvvəlki sədri hazırda sağdır, Rüstəmov Tofiq, o vaxt torpağı o paylayıb, öz üzvlərinə, baş mühəndis Ruhi Sadıqovun qolu ilə. Torpaq vaxtilə onların öz işçiləri arasında bölünüb. Bunlar hamısı təşkil olunmuş məsələlərdi". Deputat bu məsələnin arxasında kimlərinsə durduğunu iddia edib: “Bunlar əvvəlcə Əmlak Məsələləri üzrə Dövlət Komitəsini Torpaq Komitəsinin əli ilə məhkəməyə veriblər. Burada çox adam o torpağı özü üçün satmaq istəyir, oyun çıxarırlar. Kimlərsə var bu işlərin dalında. Bilirik ki, təxminən kimdir. Ancaq mənim bunlarla işim yoxdur. Torpaq, məhkəmə, qanun var. Məni heç kim məhkəməyə verməyib, heç kim heç nə deməyib. Mən bu söhbəti eşidəndən sonra kooperativin əvvəlki sədri Tofiq Rüstəmovu yanıma çağırdım. Dedim, ay qardaş, bu torpağı paylamısınız, indi niyə belə artıq-əskik hərəkət edirsiniz? Bunlar 1976-cı ilin söhbətini edirlər. Adama deməzlər ki, sənin 35 ildir torpağın var, niyə gəlib danışmamısan? Bunlar şantajdır. Ayrı-ayrı adamların təşkil etdiyi bir məsələdir. Nənəmin yeri ilə kooperativ üzvlərinin yerləri qonşudur, bir-birinə aidiyyəti yoxdur”. Qeyd edək ki, dünən mətbuatda “POSAT” bağ-tikinti kooperativinin 28 üzvünün millət vəkili Qalib Salahzadədən Milli Məclisin sədri Oqtay Əsədova və baş prokuror Zakir Qaralova şikayət etdiyi haqda məlumatlar yayılıb (azvision.az).ANN.Az 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol