Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda avtomobil qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında fasilə yaranıb.
"Report"un məlumatına görə, rayonun Biçənək kəndində minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.
Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.
Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























