Tərtərdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Tərtərdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
Trend-in məlumatına görə, yol nəqliyyat hadisəsi Hindarx-Borsunlu avtomobil yolunun rayonun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Mitsubishi" markalı avtomobillə toqquşub.
Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























