• $
  • €
  • ₽
  • ₺
  • £

İl ərzində Bakıda necə məktəb təmir edilib? - Açıqlama

İl ərzində Bakıda necə məktəb təmir edilib? - Açıqlama
29.12.2025 10:28

2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 105 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib. Bu barədə qurumdan bildirilib. 

İdarənin məlumatına görə, 4 məktəbdə — 59, 151, 324 və 313 nömrəli məktəblərdə yenidənqurma və təmir-bərpa işləri başa çatdırılaraq şagirdlərin istifadəsinə verilib.

Hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin — 57, 68 və 141 nömrəli məktəblərin sökülərək yenidən tikintisi davam edir. Bundan əlavə, 328 nömrəli uşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılır.

Eyni zamanda, 5 məktəbəqədər təhsil müəssisəsi — 99, 116, 257, 286 nömrəli bağçalar və A. Məmmədov adına bağça əsaslı təmir işlərindən sonra fəaliyyətə başlayıb. 101 nömrəli uşaq bağçasında isə təmir-bərpa işləri yekunlaşıb.

Gülnar 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol