DİN Bakının 3 rayonunda narkotiklə bağlı əməliyyat keçirib

Paytaxtın Xətai, Qaradağ və Nizami rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat zamanı 27 yaşlı N. Şıxalıyev, 39 yaşlı N. Nəsibov və 26 yaşlı M. Mustafa saxlanılıb.
Onlardan 27,7 kiloqram marixuana və 100 ədəd metadon həbi götürülüb. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























