• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtdakı insidentlə bağlı daha iki nəfər saxlanıldı

Sumqayıtdakı insidentlə bağlı daha iki nəfər saxlanıldı
17.12.2013 15:18
Sumqayıtda dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha iki nəfər saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə bıçaq xəsarəti almış Anar Rəhimovun evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası, 1 süngü bıçaq, 30 ədəd patron, 1 patron darağı, 1 ədəd noutbuk, qanunla qadağan olunmuş 3 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, qəlpə yarası almış Elnur Nəzərəliyevin evinə baxış zamanı isə qundağı və lüləsi kəsilmiş 1 ov tüfəngi, 1 süngü-bıçaq, 26 ədəd audio disk, 31 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Eləcə də Quba rayon sakini Anar Mirzəyevin Sumqayıt şəhərində kirayədə yaşadığı evə baxış zamanı 104 qram həşiş, təbliğat xarakterli 16 ədəd audio disk, qanunla qadağan olunmuş 6 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, Sumqayıt şəhər sakini Vüqar Xəlilovun yaşadığı evə baxış zamanı isə 1 qumbara, 31 ədəd avtomat patronu, 1 süngü-bıçaq aşkar edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə baş vermiş cinayətdə şübhəli bilinən daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Alim Tağıyev və Firudin Musayev saxlanılıblar. Bununla da, tutulanların sayı 13-ə çatıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol